Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin etdi

5 İyun 2023 15:30

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, regional menecer öhdəlikləri iyulun 1-dən Ştefani Ştalmaysterə ötürüləcək.

Bundan əvvəl Ştalmayster Dünya Bankının Vyetnam, Şərqi Asiya və Sakit Okean regionunda əməliyyatlar üzrə meneceri vəzifəsini tuturdu.

Dünya Bankının Bakıda regional meneceri olan Sara Maykl isə öz növbəsində fəaliyyətinə bankın Vaşinqtondakı baş ofisiində Yaxın Şərq və Şimali Afrika regionu üzrə səlahiyyətli şəxsi qismində davam edəcək.

Xatırladaq ki, S.Maykl 2020-ci ildə Dünya Bankının Azərbaycan üzrə rəhbəri vəzifəsinə təyin edilmişdi.

Milli.Az