"Axırıncını içmə" söhbəti təsdiqini tapdı - Səhnədə yıxıldı - VİDEO

5 İyun 2023 16:06

Rusiyanın "Three Days Rain" qrupunun solisti Qleb Viktorov Yekaterinburqda səhnəyə sərxoş halda çıxıb və konsert yarıda kəsilib.

Milli.Az xəbər verir ki, bu barədə "KP-Yekaterinburq" məlumat yayıb.

Kadrlardan da göründüyü kimi ifaçı əlində mikrafonla mahnı ifa edərkən tarazlığını itirir və yıxılır.

Konsertin təşkilatçıları onun köməyinə gəliblər. Məlumata görə, müğənni xəsarət almayıb.

Müğənninin bu davranışına görə konsert təxirə salınıb. (publika)

Milli.Az