3 əsrdən sonra Yerdə həyat olmayacaq

17 May 2010 12:31
Milli.Az science.yoread.ru saytına istinadən xəbər verir ki, həyatın sonu qlobal istiləşmə üzündən gələcək. Mütəxəssislərin hesablamalarına inansaq, 300 ildən sonra quru ərazilərin əksəriyyəti su altında qalacaq. Subasmayan hissələrdə isə həyat üçün vacib heç bir resurs olmayacaq.

Avstraliya alimlərinin fikrincə, qlobal istiləşmə hazırkı templə davam edərsə, 3 əsrdən sonra havanın orta temperaturu 12 dərəcə artacaq. Bu halda nə insanlar, nə də digər canlılar yaşaya biləcək.

Bəziləri isə Yerdə belə qlobal dəyişikliklərin dəfələrlə baş verdiyini, hər dəfə insanın şəraitə adaptasiya olunduğunu bildirir. Onlar hesab edir ki, insan bu dəfə də yeni şəraitə uyğunlaşaraq, mövcudluğunu davam etdirəcək.

Milli.Az