MMA döyüşçüsü rinqdə öldü

5 İyun 2023 19:36

Amur vilayətinin Beloqorsk şəhərində MMA turnirində baş verən döyüşdən sonra yeniyetmə başından aldığı zərbə nəticəsində dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, oğlanın 16 yaşı olub.

Hazırda yerli hüquq-mühafizə orqanları araşdırma aparır. İstintaq yarışların təşkili və keçirilməsi zamanı təhlükəsizlik tələblərinə əməl olunmasını, habelə mərhumda tibbi əks göstərişlərin olmasını qiymətləndirmək niyyətindədir.

Milli.Az