Qalkin Türkiyədəki konserti zamanı izləyicilərə qadağa qoydu

6 İyun 2023 00:19

Rusiyalı gülüş və stendap ustası Maksim Qalkin Antalyadakı konsertinin çəkilişini qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, konsertdən əvvəl o, qonaqlara üz tutub və onlardan telefonlarını yerə qoymalarını istəyib.

"Ciddi tələblər var ki, zalda çəkiliş olmasın. Sonuncu dəfə çəkiliş səbəbindən bizim təşkilatçıları cəzalandırıblar", - o bildirib.

Qalkin Almaniyadakı tamaşaçıların da eyni istəyə anlayışla yanaşdığını və "heç kəsin çəkiliş aparmadığını" deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu başlayandan sonra Qalkin ölkəni tərk edib.

Milli.Az