Bu ölkədə mobil internet kəsildi - SƏBƏB

5 İyun 2023 08:15

Seneqalın Rabitə Nazirliyi, "nifrət dolu və pozucu mesajların" yayılması səbəbindən ölkə daxilində mobil internetin bağlandığını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, internetə daxil olmaq üçün sakinlərə Wi-Fi şəbəkəsinə qoşulmaq tövsiyə olunur.

"Ölkənin müəyyən ərazilərində ictimai asayişin pozulması kontekstində nifrət və pozucu mesajların yayılması ilə əlaqədar olaraq, müəyyən vaxt intervallarında mobil internet müvəqqəti olaraq dayandırılır", - nazirliyin açıqlamasında bildirilir.

Qeyd olunur ki, mobil operatorlardan bu tələbə əməl etmək tələb olunur.

Milli.Az