Ərdoğan onları təbrik edib

5 İyun 2023 08:00

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatına 3 qızıl və 3 bürünc medal qazanan milli idmançıları təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı sosial media hesablarında paylaşım edən Türkiyə Prezident qadın və kişilərdən ibarət Türkiyə Taekvondo Milli komandalarına təşəkkürünü bildirib.

Paylaşımda qızıl və bürünc medal qazanan idmançıların adları və şəkilləri də yer alıb.

Milli.Az