Qubada dolu düşüb - FAKTİKİ HAVA

4 İyun 2023 23:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-ü saat 21:00-a olan məlumatına əsasən Ceyrançöl, Daşkəsən, Gədəbəy, Quba, Göygöl, Ağdam, Tovuz, Ağstafa, Yevlax, Gəncə, Şəmkir, Qrız, Quba, Qusar, Tərtər, Naxçıvanda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli.Az -in məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunmuşdur.

Milli.Az