İstanbulda Ərdoğan və Stoltenberq arasında görüş baş tutub

4 İyun 2023 18:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş Dolmabağça sarayında mətbuata qapalı formatda keçirilib. Görüş təxminən 1 saat davam edib.

Görüşdə Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan, yeni milli müdafiə naziri Yaşar Gülər, R.T.Ərdoğanın mətbuat katibi İbrahim Kalın, həmçinin Şimali Atlantika Alyansının nümayəndələri iştirak ediblər.

Milli.Az