“Taliban” “Nestle”ni Əfqanıstan bazarına buraxır

4 İyun 2023 22:24

Dünyanın ən böyük qablaşdırılmış qida istehsalçısı olan "Nestle" Əfqanıstanda ofisini açacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar "Taliban"ın Ticarət Nazirliyinin rəhbəri Nürəddin Əzizi "Nestle"ni Əfqanıstanda təmsil edən yerli "Habib Golzar" şirkətinin nümayəndəsi Seyid Məhəmməd Təvkirini qəbul edib.

Tərəflər "Nestle" şirkətinin Əfqanıstan bazarındakı fəaliyyət planın müzakirə ediblər.

Milli.Az