Sabirabadda 48 yaşlı sərxoş kişi özünü bıçaqlayıb

4 İyun 2023 21:04

Sabirabad sakini özünü bıçaqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Rzayev Daşqın İmanqulu oğlu özünü bıçaqlayaraq xəsarət yetirib.

Yaralı Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D.Rzayevin sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az