Şəmkirdə "Mercedes" aşdı, xəsarət alanlar var

4 İyun 2023 09:36

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1999-ci il təvəllüdlü Samir Mehdizadə və 1970-ci il təvəllüdlü Reyhan Mehdiyava xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az