Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Ali Yerlikaya Türkiyənin Daxili işlər naziri təyin edilib.
Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib və səlahiyyətlərinin icrasına başlayıb.
Xatırladaq ki, mayın 28-də keçirilən ikinci turda "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gələrək Türkiyənin növbəti 5 il üçün prezidenti seçilib.
Milli.Az