Messi PSJ-dən getdi

3 İyun 2023 22:11

"Paris Saint-Germain"in (PSJ) argentinalı futbolçusu Lionel Messi komandadan ayrılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə klub tviter hesabında məlumat yayıb. 

Qeyd edək ki, Messi PSJ karyerasında 74 rəsmi matçda 32 qol vurub. 

Milli.Az