Azərbaycanda futbol üzrə 2-ci divizion yaradıldı

3 İyun 2023 20:55

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib.

Milli.Az xəbər verir ki, iclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi ilə bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.

Milli.Az