İlham Əliyev və Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gediblər - VİDEO - FOTO

3 İyun 2023 16:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gedib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

Milli.Az