Şuşada tapılan insan qalıqları kimlərə aiddir? - İlk versiya AÇIQLANDI

3 İyun 2023 13:58

Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən burada insan qalıqları tapılıb. Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi ve ekspedisiya rəisi Akif Quliyev deyib.

O bildirib ki, hazırda 3-4 insan skeleti fraqmenti görünür.

"Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik", - deyə Akif Quliyev əlavə edib.

Milli.Az