Bakıda sərnişin avtobusunda ölüm hadisəsi

3 İyun 2023 11:18

Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 161 saylı xətt üzrə hərəkət edən avtobusda 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürək tutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az