Yeni telefonlar xəyanətkarları ifşa edəcək
17 May 2010 12:07
Milli.Az raut.ru saytına istinadən xəbər verir ki, İsrail alimləri növbəti inanılmaz nailiyyətə imza atıblar. "Magnify" adlanan yeni proqram telefonla danışan şəxsin əhvalını, nə hiss etdiyini xəttin digər başındakı şəxsə "açacaq". Alimlər bu proqramın tibbi məqsədlər üçün hazırlandığını bildirir. Telefonun dəstəyinə quraşdırılan xüsusi çip danışan insanın emosiyalarını, əhvalını, düşüncələrini 90% dəqiqliklə kompüterdə göstərəcək. Mütəxəssislər bununla çoxsaylı xəstəliklərin üzə çıxarılmasının mümkün olacağını bildirir. Yeni çiplərin kütləvi satışına yaxın zamanlarda başlanılacaq. Görəsən bundan sonra xanımına zəng edərək "müəyyən səbəblərdən işdə ləngidiyini" söyləyən kişilərin axırı necə olacaq?...
Milli.Az