Baydenin yıxılması ilə bağlı Ağ Evdən açıqlama

3 İyun 2023 08:26

ABŞ Prezidenti Co Bayden özünü yaxşı hiss edir, tibbi müayinəyə ehtiyac yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin nümayəndəsi Karin Jan-Pyer deyib.

"Yıxılmağa gəldikdə, həkim müayinəsinə gərək olmayıb. Prezident özünü yaxşı hiss edir. Bəziləriniz onu Ağ Evin həyətində, elə bu mövzuda danışarkən görmüsünüz", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün C.Bayden Hərbi Hava Qüvvələrinin Akademiyasının məzuniyyət günündə kürsüyə çıxan zaman yıxılmışdı.

Milli.Az