PSJ Ramosun klubdan ayırılacağını açıqladı

3 İyun 2023 07:00

Dördqat Çempionlar Liqasının və 2010-cu il dünya çempionatının qalibi ispaniyalı futbolçu Serxio Ramos cari mövsümün sonunda Fransanın "Pari Sen Jermen" klubunu tərk edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, S.Ramos 2021-ci ildən PSJ-də çıxış edib və burada ikiqat Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb. Onun müqaviləsi bu yay başa çatır.

PSJ Fransa çempionatının cari mövsümündə artıq çempionluğu təmin edib. İyunun 3-də baş tutacaq son turda Paris təmsilçisi "Klermon"la qarşılaşacaq.

Milli.Az