Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürüb

2 İyun 2023 22:54

Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayon Əkşəm kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Şaiq Musayevi avtomobil vurub.

O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az