Azərbaycanda qaz yataqlarının potensialı yenidən qiymətləndiriləcək

2 İyun 2023 11:11

"Ümid", "Babək", "Abşeron", "Naxçıvan", "Şəfəq-Asiman" kimi yataqların potensialının yenidən nəzərdən keçirilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu cümə günü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində deyib.

"Biz bu yataqların potensialını nəzərdən keçirməyi, yenidən texniki qiymətləndirmə aparmağı planlaşdırırıq. Bununla bağlı Fransanın "TotalEnergies" şirkəti ilə əməkdaşlıq edəcəyik. Artıq mayın əvvəlində SOCAR və "TotalEnergies" arasında müvafiq memorandum imzalanıb", - X.Yusifzadə bildirib.

Milli.Az