Rusiyada onlarla avtobus alovlara büründü - FOTO

2 İyun 2023 23:12

Rusiyanın Moskva vilayətində stasionar taksilər də daxil olmaqla onlarla avtobus alovlara bürünüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğunun Mətbuat Xidməti xəbər verib.

Bildirilir ki, hadisə Rusiya paytaxtının yaxınlığındakı Noqinsk şəhərində ictimai nəqliyyat üçün dayanacaqda baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının qəsdən törədilə biləcəyini bildirib.

"Dəqiq səbəblərin müəyyən edilməsi üçün yanğın-texniki ekspertiza təyin edilib", - deyə nazirliyin açıqlamasında əlavə edilib.

Milli.Az