Türkiyədə hektarlarla kənd təsərrüfatı sahələri su altında qaldı - FOTO

2 İyun 2023 19:36

Türkiyənin Manisa vilayətinin Sarıgöl rayonuna yağan aramsız yağışlar yüzlərlə hektar üzüm bağlarını məhv edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, üzüm bağlarından əlavə yüzlərlə hektar digər kənd təsərrüfatı sahələrinin əkildiyi ərazi su altında qalıb.

Fermerlər aramsız yağışlar nəticəsində təsərrüfatlarının dəyən ziyanın bir neçə ay sonra kənd təsərrüfatı mallarının qiymətlərində ciddi şəkildə hiss olunacağını vurğulayıblar.

Milli.Az