“Karib dənizinin quldurları”nın aktyoru öldü

2 İyun 2023 08:53

"Karib dənizinin quldurları: Dünyanın sonunda" filmindəki "Kapitan Villanueva" rolu ilə məşhurlaşan amerikalı aktyor Serxio Kalderon vəfat edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor 78 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Serxio Kalderon karyerasına 1960-cı illərin sonlarında başlayıb. O, "Milli mexanika", "Qisasçılar", "Bir ovuc dinamit üçün", "Ən yüksək risk", "Toy şənliyi", "Qumarbazlar", "Qoca Qrinqo", "Qan kimi qırmızı", "Randadu qanunu", "Vulkanın ayağı", "A komandası", "Qara geyimli adamlar", "Qisas dadı", "Qızıl maskalı adam", "Qırmızı qayanın mühafizəçisi", "Fokerlərlə tanış olun 2", "Son basqın", "Ceynin yeddi üzü", "Kurort" kimi məşhur filmlərə çəkilib.

Milli.Az