Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı

2 İyun 2023 08:17

Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb.

Quba Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, iyunun 2-si saat 1 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abbasov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Milli.Az