Messiyə 200 milyon dollarlıq təklif

2 İyun 2023 07:43

Amerikanın "İnter Mayami" klubu argentinalı hücumçu Lionel Messiyə 200 milyon dollar gəlirlə 4 illik müqavilə təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bundan əlavə, klub "Barselona"da Messi ilə birlikdə oynamış yarımmüdafiəçi Serxio Busketsi də transfer etməyi düşünür.

Bildirilir ki, "İnter Mayami" "Barselona"ya maliyyə problemlərindən qaçmaq üçün Messini transfer etdikdən sonra 6 və ya 18 ay müddətinə İspaniya klubuna icarəyə verməyi planlaşdırır.

Milli.Az