Bakıda dava zamanı 14 yaşlı gənc bıçaqlanıb - Reanimasiyadadır

1 İyun 2023 23:48

Bakının Səbail rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib.

2009-cu il təvəllüdlü Abbasov Məhəmmədəli  Əfqan oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzin  reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az