Kafedə atışma olub - Ölən və yaralananlar var

1 İyun 2023 23:01

Fransada kafedə atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Nantüa şəhərində baş verən atışma nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Bildirilir ki, onlar xəstəxanaya yerləşdirilib, onlardan biri ağır, ikisi isə yüngül yaralanıb.

Polis təhlükəsizlik tədbirləri görərək şəhərin tarixi mərkəzinə girişi bağlayıb.

Atışmanın səbəbi barədə məlumat verilmir.

Milli.Az