Marinkanı çeçenlər ələ keçirəcək - Puşilin

1 İyun 2023 12:58

Marinkanın azad edilməsində çeçen birləşmələri ilə sıx əməkdaşlıq edəcəyik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Donetsk separatçılarının rəhbəri Denis Puşilin deyib.

Puşilinin sözlərinə görə, Marinka istiqaməti hazırda bu bölmələrin məsuliyyət zonasındadır:

"Çeçenistandan olan birləşmələr bir zamanlar Mariupol istiqamətində də özlərini yaxşı sübut etdilər. Ona görə də biz onlara arxalanırıq və həmişə olduğu kimi sıx əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırov çeçen döyüşçülərin yenidən Donetsk istiqamətində aktiv döyüşlərə hazırlaşdıqlarını açıqlamışdı.

Milli.Az