Baxmutda ölən dinc sakinlərin sayı açıqlandı

1 İyun 2023 08:40

Rusiyanın genişmiqyaslı hərbi hücumundan bəri Donetsk vilayətinin Baxmut şəhərində 204 vətəndaş həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Baxmut meri Aleksey Reva deyib.

O bildirib ki, ölənlər arasında dörd uşaq da var.

Mer əlavə edib ki, savaş başlayandan bəri mina partlayışlarında da 505 vətəndaş müxtəlif xəsarətlər alıb ki, onlardan 17-si uşaqdır.

Milli.Az