Avroliqanın qalibi bu komanda oldu

1 İyun 2023 07:00

UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həlledici görüşdə İspaniyanın "Sevilya" klubu ilə İtaliya təmsilçisi "Roma" qarşılaşıb.

Oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.

Penaltiləri daha dəqiq yerinə yetirən ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.

Avropa Liqası
Final
31 may

"Sevilya" - "Roma" - 1:1 (penaltilərlə 4:1)
Mançini, 55 (avtoqol) - Dibala, 35
Budapeşt. "Puşkaş Arena". Baş hakim: Entoni Teylor (İngiltərə)

"Sevilya": 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos
Baş məşqçi: Xose Luis Mendilibar

"Roma": 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola
Baş məşqçi: Joze Mourinyo

Milli.Az