"Mühteşem Yüzyıl": Validə Sultan şoka düşüb

4 May 2012 15:55
Milli.Az "Vatan"a istinadən bildirir ki, teleserialın ötən seriyasında Validə Sultanın cavanlıq illərini canlandırmış Evrim Alasyanın ustalığı çox bəyənilib.

N.Cehre deyir: "Onun oyununu görəndə şoka düşdüm. Mənə çox bənzəyir, üstəlik də əla oynadı".

"Evrimi serialda Nigar Kalfa rolunu oynayan Filiz Ahmet tapıb gətirdi. Yaxın rəfiqələrmiş. Evrim əvvəllər "Gönülçelen" serialında da oynayıb. Evrimə baxanda gəncliyimi gördüm. Rol üçün də çox çalışdı, uğurlu ifaya nail oldu. Mənə o qədər bənzəyir ki, çəkiliş qrupundakılar belə, çaşıb qalmışdılar. Hətta sürücümüz "Bir qədər əvvəl Nəbahat xanımı evə apardım, indi buradadır?!" deyibmiş", - Nebahat Cehre söyləyib.

Milli.Az