Rusların hərbi bazası vuruldu

30 May 2023 21:25

Ukraynanın Zaporojye vilayətinin Rusiya ordusunun işğalında olan Melitopol şəhərində güclü partlayış baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə şəhər meri İvan Federov məlumat verib.

O bildirib ki, rusların hərbi bazaya çevirdiyi zavod ərazisi raket zərbəsinə məruz qalıb.

Əlavə məlumat verilməyib.

Milli.Az