"Qarabağ"dan ayrılan Filip Ozobiçin yeni klubu müəyyənləşib.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, yarımmüdafiəçinın "Neftçi"yə keçəcəyi gözlənilsə də bu baş verməyib.
Xorvatiyalı oyunçu "Zirə" ilə anlaşıb. Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov vaxtilə Ağdam klubunda birlikdə oynadığı futbolçunu komandasına gətirib.
Millimizin üzvü "Zirə" ilə 1+1 şərti ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, Ozobiçdən öncə "Zirə" "Qarabağ"ın digər üzvü İsmayıl İbrahimlini də icarə əsasında heyətinə qatıb.
Milli.Az