İstirahətə gedən qadın həyatının şokunu yaşadı - FOTO

30 May 2023 18:48

Ailəsi ilə səfərə çıxan qadın avtomobildən düşüb dincələn zaman pələngin hücumuna məruz qalıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, olay Rusiyanın Ussuriysk vilayətində yaşanıb.

Əri avtomobili pələngin üstünə sürərək onu qorxudub. Lakin, bu müddətdə vəhşi heyvan qadına xəsarət yetirib.

Hazırda 26 yaşlı Darya Ulyanova xəstəxanada müalicə olunur.

Milli.Az fotoları təqdim edir:

İsmayıl
Milli.Az