Finlandiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

30 May 2023 13:24

Finlandiya Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az