ABŞ Rusiyanı məhv etmək istəyir - Makqreqor

30 May 2023 12:49

Qərb müstəqil Rusiya ilə barışmaq istəmir, ona görə də Ukrayna münaqişəsini gərginləşdirməkdə davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor jurnalist Stiven Qardnerə müsahibəsində bildirib.

"Bu, ideoloji problemdir. Rusiya Qərbin tətbiq etdiyi yeni dəyərləri qəbul etməkdən imtina edir. O öz maraqlarını müdafiə edir. Əlbəttə, bu cinayətdir və biz bunun üçün onu məhv etmək istəyirik", - deyə o bildirib.

Milli.Az