Moskvada PUA-lar yaşayış binasını vurub - VİDEO

30 May 2023 09:19

Moskvada pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində bir neçə binaya ziyan vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

"Bu səhər PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib. Şəhərin bütün təcili yardım xidmətləri hadisə yerindədir", - məlumatda deyilir.

O, əlavə edib ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir.

Milli.Az