“Nəhayət oğluna qovuşdu”

30 May 2023 22:33

Əməkdar artist Aybəniz Haşımova bu gün vəfat edən kinorejissor, aktyor Elxan Qasımov haqda paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi mərhumun fotosunu paylaşaraq kədərini dilə gətirib:

"Vəfasız dünyanın vəfalı insanı başqa dünyaya uçdu. Əziz dost, getdiyin yerlərə salam olsun. Gözəl qəlb sahibi. Unudulmaz, unudulmayacaq "Əhməd". Nəhayət oğluna qovuşdu. Allah sənə rəhmət eləsin".

Milli.Az