Türkiyəli sənətçi cütlük Mehmet Aslantuğ və Arzum Onan 27 illik evliliklərini bitiriblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 49 yaşlı aktrisa və 61 yaşlı aktyor məhkəməyə əl-ələ gəliblər.
Beykoz Ailə Məhkəməsində verilən qərarla onların evliliyinə son verilib. Beləliklə, 27 illik evlilik 10 dəqiqə davam edən məhkəmənin sonunda başa çatıb.
Jurnalistlərin onların məhkəməyə niyə əl-ələ gəlməsi ilə bağlı sualına Arzum Onan cavab verib: "Dostlar, bu çox həssas məsələdir".
Milli.Az