15-ci dəfə çempion olub

30 May 2023 08:49

"Kopenhagen" Danimarka çempionatında 2022/2023 mövsümünün qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, komandanın Danimarka Superliqasının 31-ci turunun "Viborq"la görüşdə qələbəsi (2:1), ən yaxın izləyicisi "Nordselland"ın "Bröndbu"ya məğlub olması (1:5) sayəsində baş verib.

Xalını 58-ə yüksəldən "Kopenhagen" ardıcıl 2-ci, ümumilik 15-ci dəfə ölkə çempionu olub.

Komanda yarışın bitməsinə 1 tur qalmış 2-ci yerdəki "Nordselland"ı qabaqlayıb.

Milli.Az