Venesiya suları yaşıla büründü - FOTO

30 May 2023 08:07

İtaliyanın Venesiya şəhərindəki Böyük Kanalın bir hissəsi qəfildən yaşıllaşıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisənin səbəbi hələlik məlum olmasa da, polis məsələ ilə bağlı araşdırmalara başlayıb.

"Biz mayenin mənbəyini araşdırmaq üçün polislə təcili görüş çağırdıq",- deyə şəhər rəsmiləri bildirib.

Baş verən hadisə turistlərin marağına səbəb olub. Onlar bu qeyri-adi mənzərənin fonunda şəkillər çəkdirib.

Milli.Az