Paytaxtda bıçaqlanma

17 May 2010 10:07
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, ötən gün Rafiq Namazov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Keçirilən tədbirlər nəticəsində ona bıçaqla xəsarət yetirən şəxsin Bakı şəhər sakini Elçin Tapdıqov olduğu müəyyənləşdirilib. Hazırda onun tutulması istiqamətində tədbirlər həyata keçirilir. Hadisənin başvermə səbəbləri isə hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət vurma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az