Bayden Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib

29 May 2023 23:00

ABŞ Prezidenti Co Bayden bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

Türkiyə-ABŞ əlaqələrinin daha da vacib hala gəldiyini bildirən liderlər, iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Milli.Az