Çin 2030-a qədər Aya ayaq basa bilər

29 May 2023 23:43

Çin 2030-cu ilə qədər insanlı missiya təşkil edərək Aya ayaq basmağı hədəflədiyini açıqlayıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Lin Xiqiang mətbuat konfransı zamanı bildirib.

Lin proqramın əsas məqsədinin 2030-cu ilə qədər Aya enmək və orada elmi araşdırmalar və texnoloji təcrübələr aparmaq olduğunu qeyd edib.

Milli.Az