Paşinyan yenə Rusiyaya gedəcək

29 May 2023 18:30

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib.

Məlumata görə, Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü Soçidə baş tutacaq.

Milli.Az