Bakıda “Prius” zəncirvari qəzaya səbəb oldu - VİDEO

29 May 2023 19:00

Bakıda "Prius"un iştirakı ilə baş verən qəza anı avtomobilə quraşdırılan kameraya düşüb.

Milli.Az xəbər verir ki, bununla bağlı görüntülər Tiktokda yayılıb.

Manevr etmək istəyən "Prius" hərəkətdə olan "Mercedes"ə çırpılıb.

İdarəetməni itirən "Mercedes"in sürücüsü maşını yol kənarında dayanan "Nissan" markalı avtomobilə çırpıb.

Həmin görüntüləri təqdim edirik:

Emin
Milli.Az