Özündən kiçik həmkəndlisini elə öz maşınında qətlə yetirdi... - VİDEO

29 May 2023 23:20

Cəlilabadda 38 yaşlı kişi qətlə yetirilib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlərin iddiasına görə, öldürülən Şamo Əzimovla həmkəndlisi, 32 yaşlı Rəşad Aslanovun mübahisəsi düşüb.

"Rəşad Aslanov Şamo Əzimovu elə özünün maşınında bıçaqlayıb."

Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib ki, qətl ilə bağlı cinayət işi başlanılıb.

Rəşad Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az